AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə oyun Macarıstan yığmasının kapitanı Balaş Dzudzak üçün əlamətdar olub. Matc.az saytı xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi dünən millisinin heyətində 100-cü görüşünü keçirib.

Komandasının 2:1 hesablı qələbə qazandığı qarşılaşmada ilk qolun məhsuldar ötürməsini verən və sarı vərəqə alan futbolçu 85-ci dəqiqədə əvəzlənib. O, 100 matçda aktivinə 21 qol yazdırıb.

Qeyd edək ki, Macarıstan qrupda növbəti oyununu iyunun 8-də Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest