Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Macarıstan yığması itki ilə üzləşib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Dominik Nad sıradan çıxıb.

"Legiya"nın futbolçusu II turda Xorvatiya ilə keçirilən görüşdə zədələnib. Macarların 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 40-cı dəqiqəsində Deyan Lovrenin kobud oyunu nəticəsində xəsarət alan 24 yaşlı oyunçu dərhal əvəzlənib. Nadın zədəsinin ciddi olub-olmadığı həkim müayinəsindən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Macarıstan yığması qrupda növbəti oyununu iyunun 8-də Bakıda Azərbaycan millisinə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest