"Yuventus"un sabiq hücumçusu Kristiano Ronaldonun Turin klubuna qarşı iddiasına nə vaxt baxılacağı məlum olub .
Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat xidməti məlumat yayıb. İş üzrə dinləmələr oktyabrın 4-də başlayacaq. Ronaldo İtaliya klubundan 19,9 milyon avro tələb edir. Pandemiya zamanı bir çox komanda oyunçulardan maaşlarını azaltmağı və ya ödənişləri sonrakı tarixə təxirə salmağı xahiş edib. "Yuventus"da onlardan biri idi. Turin təmsilçisinin oyunçuları klubda maliyyə çətinlikləri yaşadığı üçün 2020-ci ilin martında və 2021-ci ilin aprelində maaşlarını dörd ay müddətinə təxirə salmağa razılaşıblar. Lakin futbolçularla da fərdi razılaşmalar əldə olunub. Ronaldo, haqqı olan 19,9 milyon avronu almadığını iddia edir və indi 38 yaşlı futbolçu borclu olduğu hər şeyi məhkəmə yolu ilə qaytarmaq niyyətindədir.