"Əl İttihad" siyasi səbəblərdən Asiya çempionlar Liqası oyununa çıxmayıb. Matc.az xəbər verir ki, Kərim Benzema, Fabinyo və Nqolo Kante kimi ulduzların formasın geyindiyi klub II turda səfərdə İran təmsilçisi "Sepahan"la qarşılaşmalı idi.

Lakin Səudiyyə Ərəbistanı komandası meydana çıxmaqdan imtina etdiyi üçün matç ləğv edilib. Bu, Sepahan stadionunda Qasım Süleymaninin büstünün olması ilə bağlıdı. Həmin büst skamyalar arasında yerləşir.

Qeyd edək ki, Qasım Süleymani iranlı hərbi lider, general-leytenant və İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds Qüvvələrinin komandanıdı. O, Həmas və Hizbullaha hərbi dəstək verib, həmçinin Suriyadakı vətəndaş müharibəsi zamanı Bəşər Əsəd hökumətinə kömək edib.

ABŞ 2011-ci ildə Süleymanini Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə sui-qəsd hazırlamaqda ittiham edərək onu terrorçu elan edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest