Dünən keçirilən EKOL - "Xəzər Cənub" görüşünün 18-ci dəqiqəsində "Xəzər Cənub"un üzvü Hadı Rezvan ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin protokola baxdıqda çempionatın bombardirinin oyun ərzində iki sarı vərəqə almadığı müəyyənləşib.

AFFA İntizam Komitəsinin bu gün baş tutan iclasında bir hakimin yanlış qərarı düzəldilib. Matc.az saytının məlumatına görə, hadisə futzal üzrə Yüksək Liqanın dünən keçirilən EKOL – "Xəzər Cənub" görüşündə yaşanıb.

Belə ki, qarşılaşmanın 18-ci dəqiqəsində "Xəzər Cənub"un üzvü Hadı Rezvan ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin protokola baxdıqda çempionatın bombardirinin oyun ərzində iki sarı vərəqə almadığı müəyyənləşib.

Futzalçıya göstərilən sarı vərəqənin birinci olmasını və görüşün hakiminin İntizam Komitəsinə raport yazaraq yanlışlığa yol verdiyini etiraf etdiyinə görə, Rezvana göstərilən qırmızı vərəqə İK tərəfindən ləğv olunub.

Qeyd edək ki, Hadi Rezvan 67 qolla bombardirlər yarışına başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest