Argentina millisinin hücumçusu Lionel Messi milli komanda ilə "Barselona" arasında paralellik apararaq, bütün növ kubokları qazanıb.
Matc.az xəbər verir ki, ötən gecə Argentina millisi Dç-2026-nın seçmə mərhələsində Peruya 2:0 hesabı ilə qalib gələrək ardıcıl dördüncü qələbəsini qazanıb. Messi bu oyunda dubla imza atıb. Futbolçu bu barədə yerli mətbuata açıqlama verib:
"Bu il Argentina komandası təsir edicidir. çox böyüyür, güclənir. Argentina komandasını tarixin ən yaxşı komandası olan "Barselona" ilə müqayisə etmək bizim üçün bir az çox olardı. Amma biz mütləq o səviyyəyə çox yaxınıq. Argentinanın Amerika Kubokunu və Dünya Kubokunu qazandığını nəzərə alsaq.Argentina millisi Dç-2026-nın seçmə mərhələsində Perunu inamla məğlub etdi. Messi dubla imza atdı.Heyətimizdə əla oyunçular var. Komandada kimin oynamasından asılı olmayaraq, hər zaman ən yaxşını edə bilərsiniz. Daha parlaq Günəş bizim komanda üzərində olacaq. Mən buna inanıram".











