Nepalda həlak olan rusiyalı alpinist Nadejda Olenevanın cəsədi hələ də tapılmayıb. 

Matc.az xəbər verir ki, bu barədə Rusiya millisinin baş məşqçisi Pavel Şabalin danışıb: "Nadejda Olenevanın cəsədi hələ də təxliyə olunmayıb. Hazırda orada olan qrup müxtəlif variantları nəzərdən keçirir. Biz onların yerində qərar verməsini gözləyirik".

Qeyd edək ki, bir gün əvvəl Rusiya Alpinizm Federasiyası təxminən 6700 metr hündürlükdən yıxılan Olenevanın öldüyünü bildirib. Onunla bərabər alpinistlər Roman Abildayev və Rasim Kaşapov da olub. Hər ikisi sağ qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest