İtaliya Futbol Federasiyası (FIGC) tərəfindən yarımmüdafiəçi Sandro Tonaliyə qoyulan 10 aylıq qadağa FİFA tərəfindən ratifikasiya olunduqdan sonra bütün dünyada yayılıb .

Matc.az xəbər verir ki, daha əvvəl "Nyukasl"ın və İtaliyanın yarımmüdafiəçisi dindirilmə zamanı klubda oynayarkən "Milan"ın oyunlarına mərc etdiyini etiraf edib. O, müstəntiqlərə qumar asılılığından əziyyət çəkdiyini də deyib. Bu cəza şənbə günü "Nyukasl"ın növbəti matçından başlayaraq dərhal qüvvəyə minir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest