07 Aprel 2019, 11:54
DÖYÜŞ NÖVLƏRİ
İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku keçirilir. Matc.az xəbər verir ki, beynəlxalq yarışda 35 ölkənin idmançıları ilə yanaşı, Azərbaycan cüdoçuları da mübarizə aparırlar.
İlk gündə millimiz aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əhməd Yusifov Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya idmançılarına qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada italyan rəqibi Alessandro Aramunu məğlub edən Azərbaycan cüdoçusu Avropa kubokunda 1-ci yeri tutub.
604 cüdoçunun mübarizə apardığı beynəlxalq yarış bu gün başa çatacaq.