Rumıniyanın Buxarest şəhərində keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Bu gün sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub. Üç gün davam edən yarış Azərbaycan yığması üçün uğurlu alınıb. Qitə birinciliyinə 10 sərbəst güləşçi ilə qatılan millimiz 6 medal qazanıb.

Rumıniyanın Buxarest şəhərində keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, bu gün sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub.

üç gün davam edən yarış Azərbaycan yığması üçün uğurlu alınıb. Qitə birinciliyinə 10 sərbəst güləşçi ilə qatılan millimiz 6 medal qazanıb.

Onlardan 3-ü qızıl, 1-i gümüş, 2-si isə bürünc mükafat əldə edib. Belə ki, pəhləvanlarımızdan Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (92 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Nurməhəmməd Hacıyevlə (97 kq) Mahir Əmiraslanov (57 kq) isə bürünc mükafata yiyələnib.

Bununla sərbəst güləş yığmamız Avropa üçüncüsü olub. ümumilikdə 145 xal toplayan pəhləvanlarımız komanda hesabında yalnız Rusiya (162) və Türkiyədən (156) geri qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest