01 Yanvar 2024, 09:34
FUTBOL
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” qış fasiləsində heyətini gücləndirə biləcək. Matc.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi transfer büdcəsini artırıb.
“Braqa”nın sahibi olan “Qatar Sports Investments” şirkəti komandanın həm ölkə çempionatında, həm də Avropa arenasında uğurlu çıxışını hədəfləyir. Bu səbəbdən transferlər üçün daha çox yatırım etmək qərarını verib. Bu da o deməkdi ki, “Braqa” “Qarabağ”la oyunöncəsi heyətini yeni oyunçularla gücləndirə bilər.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.