"Bəzi mövqelər var ki, gücləndirməliyik".
"Karvan-Yevlax" Misli Premyer Liqasının 16-cı turunda doğma meydanda "Neftçi"yə 1:2 hesabı iləməğlub olub.
Matc.az xəbər verir ki, bölgə təmsilçisinin məşqçisi Füzuli Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Gərgin oyun olacağını bilirdik. "Neftçi"ni yaxşı təhlil etmişdik. Meydana qələbə üçün çıxmışdıq. Rəqibi təbrik edirəm. Futbolçularım çox əzmkar idilər, qələbə qazanmaq istəyirdilər. Kiçik səhvlər 3 xal qazanmağımıza mane oldu. Amma bu, futboldur. Komandamızda yüksəlliş hiss olunur. Oyundan-oyuna daha yaxşı olacağıq. Daha güclü "Karvan-Yevlax" olmalıyıq. Qarşıdakı matçlara hazırlaşacağıq.
- Komandanın üstünlüyü əldən verməsinin səbəbi nədir?
- Müdafiədə buraxdığımız səhvlərdir. Rəqibin təzyiqi artıqda səhvlər də artır. Biz bunları görürük. Səhvlərin sayı getdikcə azalır. İşləməklə bunun öhdəsindən gəlmək olar.
- Rəqib baş məşqçi futbolçularınızın vaxt uzatdığını bildirdi. Buna münasibətiniz necədir?
- Məncə vaxt uzatmaq yox idi. Bəzi futbolçularımız zədə ilə oynayırdı. Hansısa futbolçu bilərəkdən vaxt aparmırdı. Toqquşmalardan yaranan zədələr idi.
- Qışda nələri dəyişmək istəyirsiz?
- Bəzi mövqelər var ki, gücləndirməliyik. Bunun üzərində çalışırıq. Rəhbərliklə danışırıq. Qışda mütləq güclənməliyik.












