“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola FİFA-nı məhkəməyə vermək ideyasını dəstəkləyib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis futbolçuların Həmkarlar İttifaqının oyun təqvimini sıxlaşdırmasından narazıdı.

“Yalnız futbolçular hər şeyi dəyişə bilərlər. Matçlarımız çoxdu. Problem ondadır ki, yayda cəmi üç həftəlik məzuniyyətimiz var, bu da bərpa üçün kifayət deyil. Zədələrin sayına baxın”, - deyə Qvardiola bildirib.

Qeyd edək ki, “Mançester Siti” hazırda İngiltərə Premyer Liqasında 40 xalla üçüncü pillədədi. “Şəhərlilər” növbəti oyununu yanvarın 13-də “Nyukasl”la keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest