12 Fevral 2024, 13:00
FUTBOL
“Salernitana” yeni baş məşqçisinin adını açıqlayıb. Matc.az xəbər verir ki, İtaliya klubu Fabio Liveranini bu posta təyin edib.
47 yaşlı forvard A seriyası təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Liverani komandanı elitada saxlaya bilsə, sözləşmə avtomatik olaraq uzadılacaq.
Qeyd edək ki, “Salernitana” hazırda 13 xalla sonuncu pillədə qərarlaşır.