“Gərgin oyun oldu. Bu il qələbə qazanmadığımız üçün uşaqlarda böyük psixoloji təzyiq var idi. Buradan çıxmaq lazım idi. Hava şəraiti ilə bağlı birinci hissədə futbol adına nəsə göstərə bilmədik. Oyun baxımından çox axsadıq”.

“Gərgin oyun oldu. Bu il qələbə qazanmadığımız üçün uşaqlarda böyük psixoloji təzyiq var idi. Buradan çıxmaq lazım idi”.

Matc.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev “Kəpəz”i 4:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXII tur oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis hava şəraitinin onlara çətinlik yaratdığını bildirib: “Hava şəraiti ilə bağlı birinci hissədə futbol adına nəsə göstərə bilmədik. Oyun baxımından çox axsadıq. Birinci hissədən sonra oyunçularda nəfəsalma açıldı. Məcburi əvəzetməyə getməli olduq. Düşünürəm ki, bu dəyişikliklər uğurlu oldu, matçın axarını dəyişdi. Bu qələbə təkcə turnir cədvəli yox, psixoloji baxımdan çox vacib idi. Məncə, “Kəpəz” belə oyunla Premyer Liqadakı yerini qoruya biləcək”.

Daha sonra o, Yadin Luqasi haqda söz açıb: "Müdafiə planında bir az axsayır. Bu gün Anasın olmaması oyunumuza çox təsir etdi. O, meydanda qara işləri görəndir. Luqasi də gənc oyunçudur. Öz şansını gözləyir."

Ardınca Dİniyev 3 illik planı barədə danışıb: "Müqavilə mənim üçün heç bir önəm kəsb etmir. Mənim istədiyim yaxşı komanda qurmaqdır. Alınmasa, müqaviləm 5 il olsa da, çıxıb gedərəm. Rəhbərliklə mütəmadi görüşürük. Planlarımızı, çatışmayan nüansları deyirik. Akademiyanın köçürülməsi, stadionumuzun ot örtyünün dəyişdirilməsi planları var. Şəhərdən kənarda iki təbii örtüklü meydança salınacaq. Əhmədlidə akademiyamız üçün bina tikilib". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest