“8 il əvvəl gələndə Çempionlar Liqasını (ÇL) qazanmağı xəyal sayırdım”. Matc.az xəbər verir ki, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib. İspaniyalı mütəxəssis 1/8 final mərhələsində “Kopenhagen”lə keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb.
“8 il əvvəl gələndə Çempionlar Liqasını (ÇL) qazanmağı xəyal sayırdım”. Matc.az xəbər verir ki, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.
İspaniyalı mütəxəssis 1/8 final mərhələsində “Kopenhagen”lə keçiriləcək ilk oyun öncəsi fikirlərini bölüşüb. Qvardiola ötənilki nailiyyəti təkrarlamaq arzusunda olduqlarını bildirib: “Komandada hamı turnirin qalibi olmağa qadir olduğumuzu düşünür. Ancaq “Kopenhagen” də qələbəyə ac rəqibdi. Onların matça hazırlaşmaq üçün çox vaxtı oldu”.
Qeyd edək ki, bu gün keçiriləcək “Kopenhagen” – “Mançester Siti” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.