11 Mart 2024, 20:45
FUTBOL
"Leççe"nin mətbuat xidməti klubun baş məşqçisi Roberto Daversanın istefaya göndərildiyini açıqlayıb.
Matc.az xəbər verir ki, buna səbəb A Seriyasının “Verona” ilə oyunundan (0:1) sonra baş verən epizod olub. "Verona"nın hücumçusu Tomas Henri "Leççe"nin müdafiəçisi Marin Ponqraçiçlə mübahisə edib. Daversa daha sonra Henriyə baş zərbəsi endirib.
Hücumçu qazona yıxılıb. O, ayağa qalxanda məşqçiyə yaxınlaşmaq istəsə də, futbolçular onu saxlayıblar.