02 Aprel 2024, 16:10
FUTBOL
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, qurum Premyer Liqanın XXVIII turundakı oyunlarla bağlı qərarlarını açıqlayıb.
“Səbail”lə görşdə 4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” 700 manat cərimələnib. Eyni halla “Araz-Naxçıvan”la matçda “Sumqayıt” üzləşib və eyni cəriməyə məruz qalıb.
Bundan başqa, “Sumqayıt” – “Araz-Naxçıvan” qarşılaşmasının 90+2-ci dəqiqəsində birincilərin məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klub 1500 manat cərimələnib.