AFFA İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib. Matc.az xəbər verir ki, assosiasiyanın inzibati binasında baş tutan iclas 4 saatdan artıq çəkib.

Aparılan müzakirələrdən sonra İcraiyyə Komitəsi Premyer Liqada komanda sayının artırılmaması barədə qərar qəbul edib. Yəni, növbəti mövsümdə də ölkə çempionatında 10 komanda mübarizə aparacaq.

Bu isə o deməkdir ki, Premyer Liqada sonuncu yeri tutan “Qəbələ” yeni mövsümdən I Liqada mübarizə aparacaq.

Bundan əlavə, iclasda qərar alınıb ki, 2024/2025 mövsümündə də Premyer Liqada legioner limiti 7+4 (7 legioner, 4 yerli) olaraq saxlanılsın. Lakin 2025/26 mövsümündən etibarən limit 8+3 (8 legioner, 3 yerli) olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest