İngiltərə Premyer Liqasında 37-ci tur çərçivəsində daha bir oyun baş tutub. Matc.az xəbər verir ki, “Aston Villa” öz meydanında “Liverpul”u qəbul edib.

“Mersisaydlılar” oyunun gedişində 3:1 hesabı ilə önə keçsələr də, bu üstünlüyü sonadək qoruya bilməyiblər. Matçın son dəqiqələrində vurduğu qollarla hesaba tarazlıq gətirən meydan sahibləri oyundan 1 xall ayrılmağı bacarıblar - 3:3.

37 turdan sonra aktivində 79 xal olan “Liverpul” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 4-cü olan “Aston Villa”nın isə 68 xalı var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest