Madrid “Real”ının və Almaniya yığmasının futbolçusu Toni Kroos gözlənilməz qərar verib. Matc.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi karyerasını bitirmək qərarına gəlib.
Madrid “Real”ının və Almaniya yığmasının futbolçusu Toni Kroos gözlənilməz qərar verib. Matc.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi karyerasını bitirmək qərarına gəlib.
O, bu yay keçiriləcək Avropa çempionatından sonra butslarını mismardan asacaq. Kroos qərarını sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Kroos “Real”a 2014-cü ildə “Bavariya”dan keçib. O, Madrid klubunun heyətində 4 dəfə La Liqanın, 4 dəfə İspaniya Superkubokunun, 1 dəfə İspaniya Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun, 5 dəfə Klubarası dünya çempionatının qalibi olub. 2010-cu ildən Almaniya yığmasının da şərəfini qoruyan xavbek millidə 108 oyunda 17 qola imza atıb.