08 İyul 2024, 14:32
FUTBOL
“Krasnodar”ın vingeri Kadi Borqes “Qarabağ”a qayıdacaq. Matc.az xəbər verir ki, bu barədə Rusiyanın “RB Sport” nəşri məlumat yayıb.
Bildirilib ki, Azərbaycan klubu bir neçə gün əvvəl 28 yaşlı braziliyalı üçün qarşı tərəfə rəsmi təklif göndərib. Futbolçu özü Azərbaycan çempionuna dönməkdə maraqlıdı. Hazırda klublar arasında danışıqlar aparılır.
Qeyd edək ki, Kadi Borqesin “Krasnodar”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. O, Rusiya klubuna ötən ilin əvvəlində “Qarabağ”dan keçib.