09 İyul 2024, 09:42
ÇEMPİONLAR LİQASI
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki cavab oyununun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmanı ukraynalı referilərə tapşırıb.
İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq matçda Viktor Kopiyevski ədaləti qoruyacaq. Ona Semyon Şlonçak və Vladimir Vısotski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dmitri Pançişin yerinə yetirəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ”ın rəqibi I təsnifat mərhələsindəki “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi olacaq. Təmsilçimiz ilk oyununu iyulun 23-də və ya 24-də səfərdə keçirəcək.