“Çelsi”nin hücum xəttini gücləndirmək istəyi baş tutmayıb. Matc.az xəbər verir ki, İngiltərə klubu “Atletiko”nun forvardı Samu Omorodionu heyətinə qatmağa çalışıb.

Londonlular 20 yaşlı ispaniyalı üçün Madrid təmsilçisinə 33 milyon avro və daha 7 milyon avro bonus təklif edib. Lakin “Atletiko” rəhbərliyi oyunçusunu satmaqdan qəti şəkildə imtina edib. Bu səbəbdən “Çelsi” Omorodion uğrunda mübarizəni dayandırmaq qərarına gəlib.

İngilislər artıq digər variantlara yönəlib. Bunlar “Lill”dən Conatan David və Dortmund “Borussiya”sından Kərim Adeyemidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest