16 İyul 2024, 16:11
FUTBOL
“Kəpəz”in 2024/2025 mövsümündə ev oyunlarını hansı stadionda keçirəcəyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkatması zamanı açıqlanıb.
Bu barədə Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov məlumat verib.
O bildirib ki, Gəncə klubu ev oyunlarını Tovuzda keçirəcək.