Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri futbol tarixinin ən yaxşı 32 qapıçısının reytinqini təqdim edib.

Matc.az xəbər verir ki, bu reytinqdə birinci yeri Moskva “Dinamo”sunun və SSRİ yığmasının əfsanəvi qapıçısı Lev Yaşin tutub. İkinci sırada “Bavariya”nın qapıçısı Manuel Noyer qərarlaşıb. İlk üçlüyü İngiltərə millisinin keçmiş qapıçısı Qordon Benks tamamlayır.

“FourFourTwo”nun bütün zamanların ən yaxşı on qapıçısı:

1. Lev Yaşin (SSRİ)

2. Manuel Noyer (Almaniya)

3. Qordon Banks (İngiltərə)

4. İker Kasilyas (İspaniya)

5. Rikardo Zamora (İspaniya)

6. Zepp Mayer (Almaniya)

7. Canluici Buffon (İtaliya)

8. Petr Çex (Çexiya)

9. Peter Şmeyxel (Danimarka)

10. Dino Zoff (İtaliya)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest