“Real”, 18 yaşlı müdafiəçi Leni Yoronun transferində İspaniya nəhənginin liderlik etməsinə baxmayaraq, “Kral Klubu”na deyil, “Lill”dən “Mançester Yunayte”də keçməyə inandıran məşhur portuqaliyalı agent Xorxe Mendeşin fəaliyyətindən narazıdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “Sport.es” yayıb.
Bildirilir ki, “Real”ın portuqaliyalının agentliyi ilə əməkdaşlıq edən qapıçı Andrey Luninlə bağlı vəziyyətə görə də Mendeşlə bağlı sualları var. Ukraynalı qolkiper klubun onu qalmağa razı salmaq cəhdlərinə baxmayaraq, madridlilərin düşərgəsini tərk etmək istəyir.
Xatırladaq ki, “Mançester Yunayted” iyulun 18-də Yoro ilə müqavilə imzaladığını açıqlayıb. Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.