Fransanın “Bordo” klubu 1937-ci ildə əldə etdiyi peşəkar klub statusundan imtina edib.

Matc.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

Bildirilir ki, bütün oyunçuların müqavilələrinə xitam veriləcək və onlar azad agent statusu alacaqlar. Klubun təlim mərkəzi bağlanacaq.

Fransa klubunun borcu 40 milyon avro təşkil edir və potensial investorlarla danışıqlar nəticəsiz qalıb.

Xatırladaq ki, “Bordo” borca ​​görə Liqa 2-dən Fransanın üçüncü divizionuna göndərilmişdi.

“Bordo” altıqat Fransa çempionudur və ölkənin ən məşhur klublarından biridir. Sonuncu dəfə 2009-cu ildə Liqa 1-in qalibi olub. “Bordo" ötən mövsümü Liqa 2-də 13-cü yerdə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest