Azərbaycan cüdoçusu Elcan Hacıyev Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnib. O, 1/8 final görüşü zamanı ciddi zədə alıb.

Azərbaycan cüdoçusu Elcan Hacıyev Paris-2024 Yay Olimpiya Oyunlarında zədələnib. Matc.az xəbər verir ki, o, 1/8 final görüşü zamanı ciddi zədə alıb.

Belə ki, 90 kq çəki dərəcəsində yarışan Hacıyevin fransalı Nqayap Hambu ilə 1/8 final döyüşündə çiyni çıxıb. İdmançımız Parisdə xəstəxanaya aparılıb.

Qeyd edək ki, Elcan 1/16 finalda qələbə qazansa da, 1/8 finalda Hambuya uduzaraq mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest