01 Avqust 2024, 18:26
PARİS-2024
Slovakiyadan olan velosipedçilər Paris yaxınlığındakı Olimpiya kəndində avadanlıq oğurlanmasının qurbanı olublar.
Matc.az xəbər verir ki, idmançılardan 10 ədəd velosiped təkəri, ehtiyat hissələri və bir neçə açar oğurlanıb. Zərərin məbləği 2,3 min avro olaraq qiymətləndirilir. Komandanın baş məşqçisi polisə şikayət edib. Bütün velosiped avadanlığı kilidi olmayan şkafda saxlanılırdı.
Qeyd edək ki, bundan əvvəl Avstraliyanın velosiped motokros (BMX) komandasının üzvü, Olimpiya çempionu Loqan Martin demişdi ki, onların komandasının mikroavtobusu Olimpiadaya gedən yolda qarət edilib.