Paris-2024 Olimpiya Oyunlarında futbol turnirinin Mərakeş və İspaniya millilərinin qarşılaşdığı yarımfinal görüşü başa çatıb.

Matc.az xəbər verir ki, Marseldəki “Orange Velodrom” stadionunda baş tutan qarşılaşma 2:1 hesabı ilə İspaniya yığmasının xeyrinə başa çatıb.

Görüşün 37-ci dəqiqəsində Mərakeş millisinin hücumçusu Soufyan Rehimi 11 metrlik məsafədən qola imza atıb. 66-cı dəqiqədə ispaniyalı yarımmüdafiəçi Fermin Lopes Martin hesabı bərabərləşdirib. Qarşılaşmanın 87-ci dəqiqəsində isə əvəzetmədən meydana daxil olan ispaniyalı yarımmüdafiəçi Xuanlo Sançes fərqlənib.

Qeyd edək ki, final görüşündə İspaniya yığması Fransa/Misir cütünün qalibi ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest