Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü dəfə çıxış edib.
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Matc.az xəbər verir ki, 23 yaşlı idmançı fərdi çoxnövçülükdə ilk olaraq topla hərəkətlərdə çıxış edərək 30.200 xal toplayıb.
Bədii gimnastımız növbəti çıxışında halqalarla bacarığını nümayiş etdirib və 32.500 xala layiq görülüb.
Təmsilçimiz lentlə çıxışda 28.400 xal toplayıb. Ən son gürzlə bacarığını nümayiş etdirən gimnastımız 26.750 xala layiq görülüb.
Ümumilikdə 117.850 xal toplayan gimnastımızın yekun sıralamada 18-ci olaraq finala vəsiqə qazana bilməyib .
Qeyd edək ki, ilk “onluğ”a düşən idmançılar final mərhələsinə vəsiqə qazanıblar.