Parisdə keçirilən Olimpiya Oyunlarında mübarizədə bir dəst medal qalıb. Matc.az xəbər verir ki, medal sıralamasında 40 qızıl medalla Çin başçılıq edir. Onları bir qızıl medal fərqi ilə amerikalılar təqib edir.
Lakin ABŞ komandasının hələ də Olimpiya Oyunlarında ümumi medal sıralamasında birinci yeri tutmaq şansı var. Hazırda davam edən ABŞ-ın qadın basketbol komandası final oyununda Fransaya qalib gəlsə, amerikalılar qızıl medalların sayına görə Çinlə bərabər olacaqlar. ABŞ təmsilçilərinin gümüş medalları daha çox olduğundan (44-27), amerikalı basketbolçular qalib gəlsələr, medal sıralamasında birinci yeri tutacaqlar.
Paris-2024-də son yarışdan əvvəl medal sayındakı ilk “üçlük”:
1. Çin – 40 qızıl, 27 gümüş, 24 bürünc (cəmi - 91)
2. ABŞ – 39 qızıl, 44 gümüş, 43 bürünc (cəmi - 126)
3. Yaponiya – 20 qızıl, 12, gümüş, 13 bürünc (cəmi - 45)