13 Avqust 2024, 10:48
PARİS-2024
“Çoxdandı taekvondoda olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu mən bacardım".
“Olimpiadada qızıl medal qazanmaq istəyirdim, alınmadı. Gümüş medal da pis nəticə deyil”. Matc.az xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.
Hava limanında jurnalistlərin suallarını cavablandıran Maqomedov Olimpiadada Azərbaycan bayrağını dalğalandırdığı üçün fəxr etdiyini bildirib: “Çoxdandı taekvondoda olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu mən bacardım. İdman həyatımdı və yüksək nəticələr qazanmaq üçün mütəmadi olaraq əzmlə çalışıram”.
Qeyd edək ki, Azərbaycan Paris-2024-də 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.