Braziliyalı forvard bu mövsüm ÇL-də 4 oyunda 6 qol vurub.

UEFA Çempionlar Liqasının ilk 3 təsnifat mərhələsinin ən yaxşı bombardirləri müəyyənləşib. Matc.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Olavio Juninyo siyahıda hamıdan öndədi.

Ağdam klubunun braziliyalı forvardı bu mövsüm ÇL-də 4 oyunda 6 qol vurub. Juninyo 4 görüşün hamısında meydanı qol vuraraq tərk edib.

Siyahıda “sambaçı”nın ən yaxın izləyicisi “Klaksvik”in futbolçusu Arni Frederiksberqdi. Onun aktivinə 5 qol var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest