UEFA Çempionlar Liqasında pley-offun cavab oyunları keçirilir.

Matc.az xəbər verir ki, ölkəmizi mötəbər turnirdə təmsil edən "Qarabağ" doğma meydanda Zaqrebin "Dinamo" klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə yekunnlaşıb.

Çempionlar Liqasında çıxışını dayandıran "Qarabağ", mübarizəni Avropa Liqasında davam etdirəcək.

Qeyd edək ki, pley-offun Xorvatiyada keçirilən ilk oyununda “Qarabağ” 3:0 hesabı ilə məğlub olub.

Çempionlar Liqası
Pley-off, cavab oyunu
28 avqust

"Qarabağ" – "Dinamo" - 0:2
Qollar: 
Marko Pyaça, 33, Mateus Silva, 53 (aq)
Qırmızı vərəqə: K. Medina, 88 ("Qarabağ") 
Baş hakim: Maykl Oliver
Baş hakimin köməkçiləri: Styuart Burt, Li Betts
Dördüncü hakim: Kris Kavanaq
VAR hakimləri: Styuart Attuell, Timoti Vud
UEFA nümayəndəsi: Filip Popovski


"Qarabağ": 99. Mateus Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Juninyo, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 20. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.

"Dinamo": 33. İvan Nevistiç, 3. Takuya Oqivara, 9. Bruno Petkoviç (k), 10. Martin Baturina, 13. Semi Mmae, 17. Sandro Kulenoviç, 18. Ronael Pyere-Qabriel, 20. Marko Pyaça, 25. Peter Suçiç, 27. Yosip Mişiç, 28. Kevi Teofile-Katerin.
Ehtiyat oyunçular: 1. Daniel Zaqoraç, 23. İvan Filipoviç, 4. Raul Torrente, 6. Maksim Bernauer, 7. Luka Stoykoviç, 8. Lukas Kaçavenda, 11. Arber Hoxa, 19. Xuan Kordoba, 30. Marko Roq, 36. Luka Vrbançiç, 66. Branko Paviç, 77. Dario Şpikiç.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest