32 yaşlı keçmiş futbolçu “Zirə”nin akademiyasında məşqçi kimi fəaliyyət göstərəcək.

Azərbaycan yığmasının keçmiş hücumçusu Ağabala Ramazanovun yeni iş yeri bəlli olub. Matc.az xəbər verir ki, futbolçu karyerasını bitirdiyini açıqlayan Ramazanov fəaliyyətini məşqçi kimi davam etdirəcək.

Belə ki, o, “Zirə” klubunda çalışacaq. 32 yaşlı keçmiş futbolçu “Zirə”nin akademiyasında məşqçi kimi fəaliyyət göstərəcək. Məlumatı “qartallar”ın mətbuat xidməti yayıb.

Qeyd edək ki, 2020-23-cü illər aralığında “Zirə”də kapitan sarğısını daşımış Ağabala Ramazanovun son klubu “Səbail” olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest