“Monako”nun futbolçusu Corc İlenikena Kilian Mbappenin rekordunu qırıb. Matc.az xəbər verir ki, gənc oyunçu bunu Çempionlar Liqasının I turunda “Barselona” ilə görüşdə həyata keçirib.

Nigeriya əsilli oyunçu Fransa klubunun heyətində qol vuran ən gənc futbolçu ünvanına yiyələnib. İlenikena 18 yaş 34 günündə bunu bacarıb. Mbappe isə “Monako”nun heyətində ilk qolunu 18 yaş 63 günündə vurmuşdu.

Qeyd edək ki, “Monako” “Barselona” üzərində 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest