Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Türkiyə seçməsi ilə oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında açıqlamalar verib.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.

Bildirilir ki, fransız mütəxəssis oyun anlayışı ilə bağlı sualı cavablandırarkən "Zidan oyunu" deyə bir şeyin olmadığını, tək bir doğru oyun planının qazanmaqdan ibarət olduğunu söyləyib. O, rəqib komandanı tərifləyərək sabah hamının Fransa millisini görəcəyini və gözəl bir qarşılaşmanın keçəcəyinə ümid etdiyini vurğulayıb.

Zidan Kilian Mbappenin son vəziyyətinə toxunaraq, "Ümid edirəm ki, sabah bir şəkildə meydanda olacaq" ifadələrini işlədib.

Arda Gülərə də təriflər yağdıran baş məşqçi gənc futbolçunun çox yaxşı oyunçu olduğunu və onun "Real"da çıxış etməsinə sevindiyini gizlətməyib.

Türkiyənin güclü komanda olduğunu qeyd edən təcrübəli mütəxəssis, rəqibin dünya çempionatında qrup mərhələsində mübarizəni dayandırmasının gözlənilməz olduğunu bildirib. O, "Sabah bizə problem yaradacaqlar" sözləri ilə fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, UEFA Millətlər Liqasının A Liqası çərçivəsində keçiriləcək Türkiyə - Fransa qarşılaşması sabah, sentyabrın 25-də Türkiyənin Kocaeli şəhərindəki "Kocaeli" stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:45-də (Türkiyə vaxtı ilə 21:45) start götürəcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest