Hakimlər Komitəsi Almaniyanın lehinə penalti təyin olunmamasını yanlış qərar adlandırıb.

UEFA Hakimlər Komitəsi bu il Almaniyada təşkil olunan Avropa çempionatında hakim səhvinin olduğunu etiraf edib. Matc.az xəbər verir ki, bu, turnirin 1/4 final mərhələsinin Almaniya - İspaniya (1:2) oyununda baş verib.

Görüşün son dəqiqələrində top cərimə meydanı daxilində ispaniyalı müdafiəçi Mark Kukurelyanın əlinə dəysə də, baş hakim Entoni Teylor penalti təyin etməmişdi. Hakimlər Komitəsi Almaniyanın lehinə penalti təyin olunmamasını yanlış qərar adlandırıb.

Qeyd edək ki, AVRO-2024-ün finalında İngiltərəni 2:1 hesabı ilə məğlub edən ispanlar turnirin qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest