Argentina millisinin kapitanı Lionel Messinin şərəfini qoruduğu “İnter Mayami” ABŞ-nin MLS liqasının qalibi olub. Matc.az xəbər verir ki, komanda “Kolumbus Kryu” ilə oyundan sonra bunu həyata keçirib.

37 yaşlı hücumçunun komandası ən yaxın izləyicisini 3:2 hesabı ilə məğlub edib. Messinin dubla imza atdığı qarşılaşmada “İnter Mayami”nin digər qolunun müəllifi Luis Suares olub.

Bu nəticədən sonra xallarının sayını 68-ə çatdıran “İnter Mayami” mövsümün sonuna 2 tur qalmış ABŞ çempionluğunu qazanıb.

Qeyd edək ki, bu, argentinalı superulduzun karyerasında 46-cı tituldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest