Milli komandamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya qrupda növbəti oyununu iyunun 8-də Uelslə keçirəcək. Daliç yerli mətbuata açıqlamasında məhz britaniyalılarla görüşün onlar üçün həlledici olacağını söyləyib.

"Seçmə mərhələdə hələ iki oyun geridə qalıb. Bundan sonrakı qarşılaşmalar daha vacibdi". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib.

Milli komandamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya qrupda növbəti oyununu iyunun 8-də Uelslə keçirəcək. Daliç yerli mətbuata açıqlamasında məhz britaniyalılarla görüşün onlar üçün həlledici olacağını söyləyib.

53 yaşlı mütəxəssis ilk matçda azarkeşlərin dəstəyinə ehtiyaclarının olduğunu deyib: "Osiekdə azarkeşlərin dəstəyi həlledici ola bilər. İngiltərə Premyer Liqasında mövsüm mayın 12-də, Almaniya Bundesliqasında isə bundan bir həftə sonra başa çatacaq. Futbolçuların istirahət etmək üçün kifayət qədər vaxtları olacaq və komandaya ideal durumda qoşulacaqlar".

Daliç Uelslə oktyabrın 13-dəki qarşılaşmanın qrupun müqəddəratını həll edəcəyini düşünür: "Uelslə oktyabrda keçirəcəyimiz matç qrupun "açar oyun"u olacaq. Hər hansı bir sual və tərəddüdümüz yoxdu. Həmin vaxt meydana final oyunu kimi çıxacağıq. Oktyabrın 10-da Macarıstanla görüşdən 3 gün sonra Uelsin qonağı olacağıq. Bu iki oyun arasında cəmi bir məşq imkanımız olacaq".

Xorvatiyalı çalışdırıcı qrup birincisi olmaq üçün sona qədər mübarizə aparacaqlarını da vurğulayıb: "Komandamın uğuru üçün əlimdən gələni. İki oyundan sonra aktivmizdə 3 xal var. Xal ehtiyatını artırmaq mütləqdi. Futbolçularımın təcrübəsinə və kollektivdəki birliyə güvənirəm".

Daliç eyni zamanda yığmanın futbolçularını izləmək üçün çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul" - "Barselona", Avropa Liqasının yarımfinalında isə "çelsi" - "Ayntraxt" oyunlarını tribunadan izləyəcəyini deyib.

Qeyd edək ki, Xorvatiya qrupdakı ilk oyununda yığmamız üzərində 2:1 hesablı qələbə qazanıb. Bu komandalar arasında Bakıdakı qarşılaşma sentyabrın 9-da olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest