14 Oktyabr 2024, 16:54
FUTBOL
“Cenoa” klubu İtaliya yığmasının sabiq hücumçusu Mario Balotellini transfer etmək istəyindən vaz keçib. Matc.az xəbər verir ki, buna səbəb rəhbərliyin fikrini dəyişməsi olub.
Tezliklə komandanın baş məşqçisi postunda dəyişiklik olacağı və Alberto Cilardinyonun postundan göndəriləcəyi gözlənir. Bu səbəbdən rəhbərlik Balotelli ilə bağlı tələsmək istəmir. Əgər yeni gələcək məşqçi də “Supermario”nu istəsə, o zaman bu keçid baş tuta bilər.
Qeyd edək ki, Balotelli karyerası ərzində “İnter”, “Milan”, “Mançester Siti”, “Adana Dəmirspor” kimi klublarda oynayıb.