"Real"ın hücumçusu Kilian Mbappe La Liqanın 6-cı turunda "Elçe"yə qarşı keçirilən oyundan (2:3) əvvəl Seuta sakinlərinə dəstək məqsədilə hazırlanan formadakı yazını gizlətməsinin səbəbini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Fransalı hücumçu formaları geyinmək tapşırığının klub tərəfindən verildiyini qeyd edib:

"Bu, klubun qərarı idi. Oyunçular formaları geyinməli idilər.

İlk növbədə onu demək istəyirəm ki, Seuta və bütün zərərçəkənlərlə tam həmrəyəm, çünki futbolçu olmazdan əvvəl mən bir insanam. Lakin mən həm də həyatını itirən və ya çox ağır şəraitdə yaşayan bütün miqrantlara dəstəyimi nümayiş etdirmək, diqqəti onlara çəkmək istədim.

Mən çox çətin vəziyyətdə qaldım, çünki insanlar mənim Seuta sakinlərinə qarşı qərəzli olduğumu düşünə bilərdilər, amma bu, heç də belə deyil. Onlara qarşı heç nəyim yoxdur və mövqelərini 100 faiz bölüşürəm. Bununla belə, mən acı çəkən hər kəsi düşünmək istəyirdim, çünki bir insanın əzabını digərinin əzabından üstün tutmaq niyyətim yoxdur.

Dünyada əzab çəkən insanlar var və bunu görmək mənə çox ağır gəlir. Mən yaşadığımız dünya üçün ən yaxşısını istəyən biriyəm. Pozitiv siqnal göndərmək istəyirəm və ümid edirəm ki, bu vəziyyət tezliklə həllini tapacaq", - deyə Mbappe bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest