30 Oktyabr 2024, 09:52
FUTBOL
“Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yarımmüdafiəçi menisk əməliyyatı keçirib. Hazırda özünü yaxşı hiss edən millimizin üzvü bu gün xəstəxananı tərk edəcək və müalicəsi evdə davam edəcək.
Abdullayevin təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalması gözlənilir.