UEFA Millətlər Liqasında III tura yekun vurulur.
Matc.az xəbər verir ki, turun üçüncü oyun günündə 6 qarşılaşma baş tutacaq.
A Liqasının A3 qrupunda iki gərgin qarşılaşma baş tutacaq. Xorvatiya öz meydanında İngiltərəni qəbul edəcək. Digər matçda isə İspaniya millisi Çexiya ilə qüvvəsini sınayacaq.
B Liqasının B1 qrupunda İsveçrə doğma divarlar arasında Sloveniya ilə üz-üzə gələcək. Şimali Makedoniya isə öz evində Şotlandiyanı sınağa çəkəcək.
C Liqasının C1 qrupunda Finlandiya Albaniya ilə, Belarus isə San-Marino ilə qarşılaşacaq. C4 qrupunda isə İslandiya Bolqarıstanı, Estoniya isə Lüksemburqu qəbul edəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, III tur
3 oktyabr
C Liqası, I Qrup
17:00. Finlandiya - Albaniya
20:00. Belarus - San-Marino
A Liqası, III Qrup
20:00. Xorvatiya - İngiltərə
22:45. İspaniya - Çexiya
C Liqası, IV Qrup
20:00. İslandiya - Bolqarıstan
20:00. Estoniya - Lüksemburq
B Liqası, I Qrup
22:45. İsveçrə - Sloveniya
22:45. Şimali Makedoniya - Şotlandiya













