30 Oktyabr 2024, 20:00
FUTBOL
İspaniya La Liqasında 12-ci turun "Valensiya" – "Real" oyunu təxirə salına bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Relevo" paylaşıb.
Bildirilir ki, Valensiya əyalətində "Dana"qasırğası nəticəsində onlarla insan həlak olub, hakimiyyət isə fəlakətin nəticələrini aradan qaldırır. Bölgədə matəm elan olunacaq.
Qeyd edək ki, artıq Valensiyanın iki komandası - "Valensiya" və "Levante"nin kubok oyunlarının təxirə salındığı dəqiqləşib.