17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində ilk oyununu keçirib.

Matc.az xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 Lüksemburqda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş Serbiyanın 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla serblər A liqasına vəsiqə əldə ediblər.

Qeyd edək ki, millimiz qrupda növbəti matçını noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest