"Liverpul"un çalışdırıcısı Arne Slot İngiltərə Premyer Liqasında keçirdiyi ilk 10 oyunda 8 qələbə qazanan ilk baş məşqçisi olub.

Matc.az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.

"Liverpul" Slotun rəhbərliyi ilə "İpsviç Taun", "Brentford", "Mançester Yunayted", "Vulverhempton", "Bornmut", "Kristal Pelas", "Çelsi" və "Brayton" üzərində qələbə qazanıb. İtirilən yeganə xal evdə "Nottingem Forest"ə məğlubiyyət və ötən həftə "Arsenal"la heç-heçə olub.

Xatırladaq ki, "Liverpul" dünən Premyer Liqanın 10-cu turunda səfərdə "Brayton"u 2:1 hesabı ilə məğlub edib.

Londondon klubu cari mövsüm 10  qarşılaşmada 8 qələbə qazanıb, 1 heç-heçə edib, 1 matçda məğlub olub. Komanda 25 xalla Premyer Liqada birinci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest