22 Oktyabr 2018, 12:55
MPL
"Keşlə"nin Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası qırılıb. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi mövsümdə ilk 3 xalı VIII turun "Zirə"ylə qarşılaşmasında əldə edib – 1:0.
Ardıcıl 6 oyunda qalib gələ bilməyən "Keşlə" sonuncu dəfə ötən mövsüm qələbə qazanmışdı. Mayın 20-də səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edən komanda növbəti uğurunu 154 gün gözləyib. Bununla da "Keşlə"nin ölkə çempionatları tarixindəki antirekord start seriyası qırılıb. Bakılılar 1999-cu ildə debüt etdiyi yarışda heç vaxt ilk qələbəsini belə gec qazanmamışdı.
Qeyd edək ki, "Keşlə"nin tarixində ümumilikdə ən uzun qələbəsiz oyunlar seriyası 11-ə bərabərdi. Bu, ötən mövsümün gedişində qeydə alınıb.